20 mart 2015 20:00

Aleksey Qay: Mümkündür ki, Qəbələ fasilədən sonra daha güclü oyun sərgiləsin

"Qəbələ"nin yarımmüdafiəçisi Aleksey Qayın azerisport.az saytına müsahibəsi

- "İnter" üzərindəki qələbənizlə bağlı nə deyə bilərsiniz?
- Oyun baxımından biz rəqibdən üstün idik və layiqli qələbə qazandıq. Belə bir rəqibi onun meydanında məğlub etmək çox xoşdur. Hər şey qanunauyğun oldu.

- Vurduğunuz qol sizi sevindirdi?
- Vurulan hər bir qol xoşdur. Əsas odur ku, bu qol komandaya qələbə gətirdi.

- Bu, "Qəbələ"nin Premyer Liqada ardıcıl dördüncü qələbəsidir. Uğurlu seriyanı davam etdirə biləcəksiniz?
- Hər şey birdən-birə alınmır. Bəzi məqamlar var ki, üzərində çalışmaq lazımdır. Müəyyən vaxt lazımdır ki, nəticə qazana biləsən. Daha böyük uğurlara imza atmaq üçün daha çox da çalışmaq lazımdır. "İnter"lə oyun da buna əyani sübutdur. Amma bu oyunu unudub, növbəti görüşlər barədə düşünməliyik.

- "Qəbələ"ni mövsümün yekunlarına görə ilk üçlükdə görürsünüz?
- Düzünü desəm, mən heç düşünmürdüm ki, biz neçənci yerdəyik, kimdən nə qədər geri qalırıq. Əsas odur ki, hər oyuna çıxıb, maksimum nəticəyə imza ataq. Yekun nəticəyə isə mövsüm başa çatandan sonra bəlli olacaq.

- Ardıcıl dörd qələbə "Qəbələ"nin yeni baş məşqçi ilə öz səviyyəsini qaytardığını deməyə əsas verir?
- Bizdə hələ hər şey o dərəcədə qaydasında deyil ki, arxayınlaşaq və hər oyuna sakit çıxaq. Futbolda nəticəni öncədən müəyyənləşdirmək çox çətindir. Arxayınlaşmaq olmaz. Peşəkar olmaq lazımdır.

- "Qəbələ"nin növbəti oyunu aprelin 5-də AZAL-a qarşı olacaq. Belə bir fasilə sizə mənfi təsir etməyəcək ki?
- Əlbəttə, istərdik ki, çempionatda belə fasilə yaranmasın. Çünki yaxşı sürət yığmışdıq. Bu fasilənin komandaya necə təsir edəcəyini müəyyənləşdirmək çətindir. Bəlkə də bu fasilə komandaya daha böyük fayda versin. Təzə güclə daha yaxşı oynamağımız da mümkündür.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.