20 mart 2015 13:00
Rauf Əliyev: Yığmaya dəvət almamağım həyatın sonu deyil
"Neftçi"nin hücumçusu Rauf Əliyev Azərbaycan yığmasının heyətinə dəvət almamasından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Nə deyə bilərəm ki? Sadəcə, məni çağırmayıblar. Bu, həyatın sonu deyil. Sadəcə, mənə maraqlıdır ki, Robert Prosineçki "Neftçi"dən heç kimə dəvət göndərməyib".
