20 mart 2015 11:45

Vitali Borisov: Ukraynadan qisasımızı almalıyıq

Futzal üzrə Azərbaycan yığmasının üzvü Vitali Borisovun azerisport.az saytına müsahibəsi

- Danimarka üzərindəki möhtəşəm qələbə ilə bağlı nə deyə bilərsiniz?
- Oyun bizim üçün çox yaxşı bir nəticə ilə başa çatdı. Oyunun çətin keçdiyini deməzdim. İlk hissədən sonra 3:0 öndə idik. İkinci hissədə qol buraxdıq. Bu nəticə bizi qane etmədiyindən qol vurmaq üçün daha çox çalışmağa başladıq. Nəticədə darmadağınla qalib gəldik. Artıq Ukrayna ilə oyunda bizi heç-heçə də qane edəcək.

- Bu, komandanı arxayınlaşdıra bilər?
- Əlbəttə. Amma biz çətin ki, Ukrayna ilə həlledici oyunda öz qapımıza sıxışıb nəticəni qorumaqla məşğul olaq. Ənənəvi olaraq, aqressiv oyun sərgiləməyə çalışacağıq. İndi şansların 60-ın 40-a bizim xeyrimizə olduğunu demək olar. Amma bu, sürüşkən üstünlükdür.

- 11:2 hesabı sizi qane etsə də, baş məşqçi yenə meydana beşinci meydan oyunçusunu buraxdı...
- Bəzi oyunçularımızın sarı vərəqəsi var idi, bəziləri yorğun idi. Lazım olan nəticəni qorumaq üçün topu saxlamağımız lazım idi.

- Ukrayna ilə oyun barədə nə deyə bilərsiniz?
- Onların İspaniya, Portuqaliya və Çexiya ilə yoxlama oyunlarına əsasən, bu komandanın çox ciddi rəqib olduğunu demək olar. Yeni baş məşqçiləri gəldiyinə görə, yeni ideyalar, yeni heyət mövcuddur. Fikrimcə, bu komanda düzgün yoldadır. Avropanın ən yaxşı altı komandasından biridir.

- Proqnozunuz.
- Proqnoz verməyi xoşlamıram. İki güclü komandanın kompromissiz və gərgin oyunu olacaq. İkinci yeri tutmaqla pley-offda da oynamaq variantı var. Amma bizim hədəfimiz birinci yeri tutmaqdır. Artıq bir dəfə Ukraynaya qrup liderliyini uduzmuşuq. Bu dəfə qisasımızı almalıyıq. Birinci yeri tutmasaq, məyus olacağıq. Əlavə iki pley-off oyununa çıxmağımızı istəməzdim.

- İsa Atayevlə Ramiz Çovdarovun yığmada qollar vurmağa başlaması haqda nə deyə bilərsiniz?
- Əlbəttə. Bu, onların rəsmi oyunlarda yığmada vurduqları ilk qollar idi. Hər ikisini dubla imza atması münasibətilə təbrik edirəm. Ümid edirəm ki, bununla kifayətlənməyəcəklər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.