20 mart 2015 00:05
Nikolay Kleyn: Azərbaycanla oyun bizim üçün dərs oldu
Futzal üzrə Danimarka yığmasının baş məşqçisi Nikolay Kleyn AÇ-nin əsas seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:11 hesablı məğlubiyyətləri ilə bağlı bunları söyləyib:
"Güclü komandaya qarşı oynayırdıq. Amma Azərbaycan yığması nə qədər güclü olsa da, 11 qol çoxdur. Birinci hissədə yaxşı oynadıq. Son 10 dəqiqə isə bizim üçün əsl faciə oldu. Azərbaycanla Ukrayna güclü komandalardır. Bu oyunlar bizim üçün əsl dərs oldu".
