20 mart 2015 00:00
Tino Peres: Ukrayna ilə oyunda bizi heç-heçə də qane edir, amma...
Futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Tino Peres AÇ-nin əsas seçmə mərhələsi çərçivəsində Danimarka üzərində qazandıqları qələbəni şərh edib. Azerisport.az xəbər verir ki, o, 11:2 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Komandamı təbrik edirəm. Çox yaxşı oynadıq. Vurulan və buraxılan toplar arasındakı fərq barədə düşünmürdük. Özümüz də belə hesabla qalib gələcəyimizi gözləmirdik. İkinci hissənin ilk 3-4 dəqiqəsində çox zəif oynadıq. Danimarkalıların qolu bizi ayıltdı. Düzdür, Ukrayna ilə oyunda bizi heç-heçə də qane edir. Amma biz ancaq qələbəyə oynayacağıq".
