19 mart 2015 19:00
"Azərbaycan yığması güclü komandadır, sadəcə, biz bu gün daha yaxşı oynadıq"
Portuqaliyanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Filipe Ramos AÇ-2015-in elit mərhələsi çərçivəsində Bakıda Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 3:0 hesablı qələbə qazandıqları oyundan sonra bunları söyləyib:
"Azərbaycan yığması güclü komandadır. Biz onların əvvəlki oyunlarına baxmışdıq. Onlar həmin oyunlarda özlərini yaxşı tərəfdən göstərməyi bacarmışdılar. Sadəcə, biz bu gün çox güclü oynadıq və buna görə qalib gəldik".
