19 mart 2015 18:45
Mirbağır İsayev: Komanda ən pis oyununu göstərdi
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Mirbağır İsayev AÇ-2015-in elit mərhələsi çərçivəsində Bakıda Portuqaliyaya 0:3 hesablı məğlubiyyəti şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Uşaqlar rəqibdən çəkinirdilər. Bu gün komandamız ən pis oyununu sərgilədi. Biz bir araya gələndən bəri belə oyun göstərməmişdik".
