19 mart 2015 17:30

Qəbələ: 3-cü dəfə 4

“Qəbələ” Topaz Premyer Liqasında ardıcıl 4-cü qələbəsini qazanıb. Azerisport.az xəbər verir ki, Roman Qriqorçukun yetirmələri 23-cü turda başlanan uğurlu seriyanı 26-cı turun “İnter”lə oyununda da davam etdirib.

Səfərdə paytaxt təmsilçisinə 2:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” 4 oyunluq seriyada 2 dəfə ev, 2 dəfə səfərdə 3 xal əldə edib.

Fevralın 19-da “Xəzər Lənkəran”ı 3:1, martın 8-də isə “Sumqayıt”ı 2:0 hesabı ilə yenən komandamız ev matçlarında 2 top fərqinə sevinib. Çempionatın liderləri ilə səfər oyunlarında isə fərq minimal olub. Fevralın 28-da “Qarabağ”ı 1:0, martın 18-də isə “İnter”i 2:1 hesabı ilə məğlub edən “Qəbələ” turnir cədvəlinin ilk iki pilləsindəki klubları onların meydanında xalsız qoyub.

Premyer Liqada 2006/07 mövsümündə debüt edən “Qəbələ” üçün 4 oyunluq qələbə seriyası rekord göstəricidir. 9 ildə 2 dəfə belə nəticəyə imza atan “qırmızı-qaralar” 5-in astanasında dayanmışdı.

Qəbələ təmsilçisi 2012/13 mövsümünün ilk, 2013/14 mövsümünün isə ikinci yarısında da 4 qələbə sıralamışdı. 2012-ci il oktyabrın 31-də “Qarabağ”, 3 gün sonra “Neftçi” ilə oyunların hər ikisində 2:1, noyabrın 19-da “Kəpəz”i 2:0, 25-də “Rəvan”ı 3:1 hesabı ilə məğlub edən “qırmızı-qaralar” ilk və son qələbəsini səfərdə qazanmışdı. Həmin uğurlu seriya dekabrın 2-də “Bakı” ilə ev oyununda qırılmışdı - 0:2.

Ötən mövsümün sonunda isə bürünc medalların qazanılmasında rolu olan 4 oyunluq qələbə seriyası aprelin 20-də “Rəvan”la səfər oyununda başlamışdı. Həmin oyunda 2:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” 7 gün sonra evdə “Simurq”u 1 cavabsız qolla keçmişdi. Mayın 2-də səfərdə “Neftçi” (2:1), 7-də evdə “Bakı”dan (3:1) 3 xal alan komandamızın seriyası “İnter”lə oyunda qırılmışdı. Mayın 12-də Bakıda qolsuz heç-heçə qeydə alınmışdı.

Təxminən 1 il sonra yenidən 5-ci qələbə üçün Bakıya yollanacaq “Qəbələ” mütləq rekordunu müəyyənləşdirmək üçün AZAL-la görüşdə də qalib gəlməlidir. Bu matç aprelin 5-də baş tutacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.