19 mart 2015 16:30

Eddi İsrafilov: Malta ilə matçı səbrsizliklə gözləyirəm

İspaniyanın "Qranada" klubunun və Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun azerisport.az saytına müsahibəsi

- İlk dəfə Azərbaycan yığmasına dəvət olunan futbolçular sırasında yer aldınız. Bu barədə ilkin fikirlərinizi bilmək maraqlı olardı...
- Bu anı çoxdan gözləyirdim. Azərbaycan yığmasına böyük ümidlərlə və öz gücümə inanaraq gəlirəm. Öz ölkəm üçün oynamaq istəyirəm. İlk oyunu böyük səbrsizliklə gözləyirəm. "Qranada"nın heyətində təkcə İspaniya çempionatının oyunlarına yox, həm də AÇ-nin seçmə mərhələ oyununa hazırlaşıram. Malta ilə görüşə həm fiziki, həm də psixoloji cəhətdən hazır olmaq istəyirəm.

- Zədə səbəbindən xeyli müddət oynamamısınız. Martın 28-nə qədər nə dərəcədə hazır olacaqsınız?
- Mən artıq hazıram. Xeyli müddətdir komanda ilə birgə məşq edirəm. Problem görmürəm. Özümü çox yaxşı hiss edirəm.

- Malta ilə oyun baş məşqçi Robert Prosineçki kimi, sizin üçün də ilk olacaq. Bu oyun həm də millimizin seçmə mərhələdə ilk qələbəsini qazanmaq şansıdır...
- Bu oyunun hamımız üçün nə dərəcədə vacib olduğunu anlayıram. Ümid edirəm ki, hər şey yaxşı alınacaq və səfərim uğur gətirəcək. Prosineçkinin istənilən qərarını öyrənib, onu meydanda həyata keçirməyə hazıram. Qələbə üçün əlimdən gələni edəcəyəm.

- Sizi nə vaxt yenidən "Qranada"nın əsas heyətində görəcəyik?
- Bu, məşqçidən asılıdır. Düzdür, mən iki ay zədə səbəbindən oynamadım. Amma hazırda yaxşı formadayam. Mənə nə vaxt şans verəcəklərini gözləyirəm.

- Mövsümün sonunda "Qranada" ilə icarə müqavilənizin müddəti başa çatacaq və yenidən "Mursiya"ya qayıtmalı olacaqsınız. Planlarınız nədir?
- Hələ bilinmir. "Qranada" məni transfer hüququmu almaq şərtilə icarəyə götürüb. Amma hazırda bu, müzakirə mövzusu deyil. İyundan sonra bu barədə danışarıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.