19 mart 2015 15:15
Yığmamız Almaniya klubuna uduzdu
Avropa çempionatının elit mərhələsinə hazırlıq məqsədilə Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız Düsseldorf şəhərini təmsil edən "Fortuna" komandasının əvəzedici heyəti ilə qarşılaşıb. Oyun 2:0 hesabı ilə Almaniya klubunun xeyrinə başa çatıb.
