19 mart 2015 13:15
Vitali Borisov: Danimarkaya çox qol vurmalıyıq ki...
Futzal üzrə Azərbaycan yığmasının üzvü Vitali Borisov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Belçika üzərində qazandıqları qələbədən (3:1) danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Demək olar ki, ikinci hissə çox sakit keçdi. Bizim əsas hədəfimiz qol buraxmamaq idi. Amma bunu bacarmadıq. Əlbəttə, 3:0 3:1-dən daha yaxşı nəticə idi. İndi bizdə top fərqi +2, Ukraynada isə +3-dür. Buna görə də Danimarka ilə oyunda top fərqini yaxşılaşdırmalıyıq".
