Azərbaycan Portuqaliyaya da darmadağınla uduzdu
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit mərhələsində bu gün 2-ci qrupun ikinci turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Bakıda təşkil olunan qrupun ilk oyunu Serbiya və Xorvatiya arasında baş tutub.
Bu görüşdə də xorvatlar 3 cavabsız qolla qalib gəliblər.
Azərbaycan yığması isə Portuqaliya ilə münasibətlərinə aydınlıq gətirib. Komandamız bu dəfə də meydanı böyük hesablı məğlubiyyətlə tərk edib.
Xatırladaq ki, millimiz ilk görüşdə Xorvatiyaya 4 cavabsız qolla uduzmuşdu. Portuqaliya isə Serbiya ilə sülh bağlamışdı - 1:1.
U-17-lər arasında AÇ-nin elit mərhələsi
2-ci qrup
19 mart
Serbiya - Xorvatiya - 0:3 (0:1)
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
Hakim: Dominik Uşan (Avstriya).
Portuqaliya - Azərbaycan - 3:0 (3:0)
Qollar: X.Qomes, 13 (1:0). X.Qomes, 18 (2:0). M.Kassama, 36 (3:0).
Bakı. "Bakcell Arena".
Hakim: Dimitrios Massias (Kipr).
Portuqaliya: 1. Fabio Duarte, 4. Qonçalo Vyeyra, 13. Pedro Pereyra, 17. Abdu Konte, 3. Bruno Pas, 6. Pedro Ferreyra, 10. Moreto Kassama (k), 14. Bruno Lourenço, 7. Qeneroso Korreya, 11. Xose Qomes, 18. Madi Queta.
Ehtiyat oyunçular: 12. Karlos Alves, 2. Xose Teyşeyra, 5. Rikardo Manqas, 8. Qedson Fernandes, 15. Xorxe Pereyra, 9. Rui Pedro, 16. İdrisa Sambu.
Baş məşqçi: Filipe Ramos.
Azərbaycan: 1. Murad Popov, 2. Ruslan Bedıyev, 3. Anton Krivotsyuk, 4. Elvin Dəmirov, 5. Xəyal Əmirli, 14. Kənan Zülfüqarov, 7. Nicat Süleymanov, 13. Hacıağa Hacıyev (k), 8. Yusif Cəfərov, 9. Qara Qarayev, 17. Famil Camalov.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 6. Əzəmət Ələkbərli, 15. Firudin Mövsümov, 16. Ravil Yusifli, 18. Səid İbadov, 11. Oruc İsmayılov.
Baş məşqçi: Mirbağır İsayev.
Turnir cədvəli: Xorvatiya - 6, Portuqaliya - 4, Serbiya - 1, Azərbaycan - 0.
