Azərbaycan Danimarkanı 11 qolla məğlub etdi
Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandasının mübarizə apardığı 4-cü qrupda bu gün ikinci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, milli komandamız bu dəfə Danimarka ilə qarşılaşıb.
Rəqibini top atəşinə tutan millimiz möhtəşəm qələbə qazanıb.
"Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcək ilk oyunda isə Ukrayna Belçika ilə münasibətlərinə aydınlıq gətirib. Ukraynalılar ardıcıl ikinci oyunda da böyük hesablı qələbəyə seviniblər.
Xatırladaq ki, ilk turda Azərbaycan yığması Belçikaya (3:1), Ukrayna isə Danimarkaya (5:2) qalib gəlib.
AÇ-nin əsas seçmə mərhələsi
4-cü qrup
19 mart
Ukrayna - Belçika - 9:2 (3:2)
Azərbaycan - Danimarka - 11:2 (3:0)
Qollar: Fineo, 7 (1:0). R.Fərəczadə, 13 (2:0). V.Borisov, 18 (3:0). Y.Yensen, 21 (3:1). Amadeu, 25 (4:1). İ.Atayev, 31 (5:1). M.Yensen, 31 (5:2). Auqusto, 32 (6:2). R.Çovdarov, 33 (7:2), Fineo, 34 (8:2). R.Fərzəliyev, 36 (9:2). R.Çovdarov, 37 (10:2). İ.Atayev, 38 (11:2).
Azərbaycan: Laersio Buranello, Rizvan Fərzəliyev, Amadeu, Auqusto Sezar, Eduardo Mello - Vitali Borisov, Rafael Durval, Rövşən Hüseynli, İsa Atayev, Xətai Bağırov, Ramiz Çovdarov, Fineo, Rəcəb Fərəczadə, Namiq Məmmədkərimov.
