19 mart 2015 11:00

Ruslan Abışov: Qarşıda İnterlə oyundan da vacib görüşlər var

"Qəbələ"nin yarımmüdafiəçisi Ruslan Abışovun azerisport.az saytına müsahibəsi

- "İnter" üzərində qələbə ilə bağlı nə deyə bilərsiniz?
- Çempionluğa oynayan komandaya qarşı mübarizə apardıq. Taktiki cəhətdən ağıllı oynadıq və rəqibə heç bir şans vermədik. Fikrimcə, qələbəyə layiq idik. Buraxdığımız qol da təsadüfi oldu. Kiçik diqqətsizlikdən qol buraxdıq. Artıq bu oyunu unudub AZAL-la görüşə köklənməliyik.

- "Qəbələ" sanki doğma meydanda oynayırdı...
- Biz "İnter"i yaxşı analiz etmişdik. Bu oyuna çox yaxşı köklənmişdik. Bilirdik ki, "İnter" taktiki cəhətdən çox güclü komandadır. Onlara müdafiədən hücuma keçməyə imkan verməməliydik.

- "Qəbələ"nin artıq öz oyununu tapdığını demək olar?
- Biz hər oyuna qələbə üçün çıxırıq. İndi işlər ilin əvvəli ilə müqayisədə daha yaxşı gedir. Qarşıda bizim daha çətin oyunlarımız var. Sonadək mübarizə aparmaq lazımdır.

- Fasilə komandaya mənfi təsir etməyəcək ki?
- Mənə elə gəlir ki, əksinə, mənfi təsir edəcək. Son həftələr çox emosional alındı. Qoy oyunçularımız bir az istirahət etsin. Sonra yenidən yolumuza davam edərik.

- İstirahət hamıya aid olmayacaq. Bəzi oyunçular yığma komandalara yollanır...
- Bəli, bu, asan oyun olmayacaq. Malta da bizdən xal almaq istəyir. Amma əlimizdən gələni edəcəyik ki, qalib gələk. Xal toplamağa borcluyuq. Xal itkisi limiti başa çatıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.