19 mart 2015 00:05

Branimir Subaşiç: Türkiyə klublarından təklif olsa da, özüm Azərbaycana qayıtmaq istəyirəm

Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin azerisport.az saytına müsahibəsi

- Türkiyənin "Manisaspor" klubundakı işləriniz deyəsən, o qədər də yaxşı getmir...
- Bəli. Mövsümün əvvəlindən belədir. Sadəcə, mən nəyinsə dəyişəcəyinə ümid edirdim. Əlbəttə, pul hər şey demək deyil. Amma kimsə məni aldadanda, bundan qətiyyən xoşlanmıram. Əvvəllər dözürdüm, amma indi yox. Komandada əksəriyyət gənclərdir və heç kim bir söz demir.

- Klub prezidenti ilə söhbət etmisiniz?
- Rəhbərlik danışıqlardan qaçır. Bir neçə dəfə klub prezidenti il danışmışam. O, hər şeyin yaxşı olacağını deyib. Amma hər şey əksinədir. Artıq heç soruşmuram.

- Deyilənə görə, siz Azərbaycana qayıdırsınız...
- Əvvəllər klubumdan şikayət edib, Türkiyəni tərk etmək istəyirdim. Amma bunu etmədim. İndi də istəmirəm. Gözləyirəm. Əgər aldatmasalar, sözlərinə əməl etsələr, söz vermişəm ki, heç nə etməyəcəyəm.

- Bəs yayda nə etməyi düşünürsünüz?
- Yayda komandamı dəyişəcəyim dəqiqdir. Yenidən Premyer Liqaya qayıtmaq istəyərdim. Türkiyə klublarından təkliflər çoxdur. Amma mən Azərbaycana qayıtmaq istəyirəm.

- Yəqin ki, iddialı klubda oynamaq istəyirsiniz...
- Baxarıq. Hələ klub adı çəkə bilmərəm.

- Adınız daha çox "İnter"lə yanaşı hallandırılır...
- Bu barədə heç nə deyə bilmərəm.

- Azərbaycan yığmasının Malta ilə oyununa dəvət almaq şansınızı nə dərəcədə yüksək qiymətləndirə bilərsiniz?
- Düşünmürəm ki, mənə dəvət göndərsinlər. Mənə heç kim zəng etməyib, maraqlanmayıb. Ona görə Malta ilə oyuna dəvət almayacağıma yüz faiz əminəm. Mətbuatı da izləyirəm və görürəm ki, baş məşqçi Robert Prosineçkidən mənimlə bağlı heç nə soruşmurlar.

- Unudulduğunuzu düşünürsünüz?
- Elə çıxır.

- Bəs millimizin Malta ilə oyunundan nə gözləyirsiniz?
- Matçın necə bitəcəyini indidən proqnozlaşdıra bilmərəm. Amma hər şeyin milli üçün yaxşı olacağını düşünürəm. Komanda yaxşı nəticə qazanmağa borcludur.

- Yəni millimiz Maltadan o dərəcədə güclüdür ki?
- Ola bilər ki, çox güclü deyil. Amma məncə, Azərbaycan çempionatı Malta birinciliyindən güclüdür. Həm də yığmamızda yeni baş məşqçi var. Komandada yeni enerji hiss olunmalıdır, oyunçular özlərinə inanmalıdırlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.