19 mart 2015 00:00
Kamran Ağayev Sivasspora qarşı oynamadı
Türkiyə Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin komandası - "Kayserispor" da növbəti matçına çıxıb.
Kayseri təmsilçisi doğma meydanda Super Liqa klubu olan "Sivasspor"u qəbul edib. Matç 1:1 hesabıyla başa çatıb. Kamran Ağayev matçı ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, bu klublar arasındakı cavab görüşü aprelin 7-də baş tutacaq.
