18 mart 2015 20:30
Qriqorçuk: İstədiyimiz futbola yaxın oyun sərgilədik
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Çox yaxşı gün oldu. Çox razıyam. Biz bu gün öz istədiyimiz futbola yaxın oyun sərgilədik”.
