18 mart 2015 18:15
Qurban Qurbanov: Birinci hissədə qapalı, ikinci hissədə maraqlı futbol izlədik
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Maraqlı oyun alındı. Düzdür, ilk hissədə qapalı futbol gedirdi, amma ikinci hissədə maraqlı bir oyun alındı. Düşünürəm ki, “Sumqayıt”a qarşı səfərdə oynamaq həmişə ağır olub. Buna baxmayaraq, vacib 3 xalımızı qazandıq”.
