18 mart 2015 16:00
Azərbaycan Belçika önünə itkisiz çıxacaq
Futzal üzrə Azərbaycan yığması Avropa Çempionatının seçmə mərhələsinə hazırlığı başa vurub. Azerisport.az xəbər verir ki, komandamız bu gün keçiriləcək Belçika ilə açılış matçına itkisiz çıxacaq.
Belə ki, Vitali Borisovla Amadeunun kiçik zədəsi var idi. Lakin onların da hazırda komandaya kömək edəcək vəziyyətdə olduğu bildirilir. Ötən gün bu iki oyunçu da komanda ilə birgə məşq edib.
