18 mart 2015 15:15
Arif Əsədov: Mahir Şükürovun Neftçiyə dönmək ehtimalını dəyərləndirdi
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürovun yenidən paytaxt klubuna dönmək ehtimalını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"O, Azərbaycan yığmasının futbolçusudur. Hər bir məşqçi onu öz komandasında görmək istəyər. Amma hazırda belə bir məsələ yoxdur. Biz daha çox oyunçularımızı qarşıdakı oyunlara yaxşı hazırlamaq barədə düşünürük. Komanda bir neçə gün istirahət edib və artıq iki gündür məşq edirik. Martın 23-də yoxlama oyunu keçirməyi düşünürük. Amma hələ rəqibi müəyyənləşdirməmişik".
