18 mart 2015 13:30
Kamran Ağayev start heyətdə
Bu gün Türkiyə Kubokunun 1/4 final mərhələsi çərçivəsində növbəti oyun baş tutacaq. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin komandası - "Kayserispor" da növbəti matçına çıxacaq.
Futbolçumuzun klubu doğma meydanda "Sivasspor"la qarşılaşacaq. Ağayev yenə ilk dəqiqələrdən meydanda olacaq.
