18 mart 2015 12:30

Rafael: Qrupumuzda məğlub edə bilməyəcəyimiz rəqib yoxdur

Futzal üzrə Azərbaycan yığmasının üzvü Rafaelin azerisport.az saytına müsahibəsi

- Azərbaycan yığması seçmə mərhələ oyunlarına hazırdır?
- Son Avropa çempionatında biz çox pis çıxış etdik. İtaliyaya böyük hesabla uduzduq. Bu üzdən indiki seçmə mərhələ bizim üçün çox vacibdir. Rəqiblərimizi doğma meydanda qəbul edəcəyik. Komanda azarkeşlərimiz qarşısında oynamağa hazırdır.

- Son AÇ zamanı komandaya Joze Alesio rəhbərlik edirdi, indi isə Tino Peres. Komandada çox şey dəyişib?
- Alesio yaxşı məşqçi və yaxşı oğlan idi. Amma son turnirdə futbolçular arasında münaqişə var idi. Komanda buna görə oynamadı. Bu, baş məşqçinin günahı deyildi. Hər şeydə futbolçular günahkar idi.

- Bəs problem braziliyalı futbolçularda idi, ya yerlilərdə?
- Braziliyalılarda. Biz Azərbaycana bu komandaya kömək etmək üçün gəlmişik. Artıq baş verənlər hamısı geridə qalıb. İndi hər şey tam fərqlidir. Tino Peres bizi yaxşı hazırlayıb. Bir daha təkrar edirəm ki, problem Alesioda yox, braziliyalı futbolçularda idi.

- Bu seçmə mərhələdə daha çox hansı komandadan çəkinirsiniz?
- Belçika və Ukrayna bizim əsas rəqiblərimizdir. Danimarkaya da təbii ki, ciddi yanaşmalıyıq. Amma bu komanda digərləri qədər təhlükəli deyil. Ukrayna güclü oyunçulara malikdir. Ukrayna yığmasının dörd oyunçusu Azərbaycanda çıxış edir. Onlar bizi yaxşı tanıyırlar.

- Bu gün keçiriləcək Belçika ilə oyundan nə gözləyirsiniz?
- Qələbə qazanmaq lazımdır. Turnirlərdəki ilk oyunlar həmişə çətin keçir. Öz meydanımızda oynadığımıza görə, mütləq qələbə qazanmalıyıq. Bu gün qalib gəlsək, qarşıya qoyulan məqsədə çatmaq daha da asanlaşacaq.

- Federasiya prezidenti qrupdan birinci yerlə çıxmağın əsas hədəf olduğunu bildirib...
- Komanda birinci yer uğrunda mübarizə aparacaq. Bizim qrupda məğlub edə bilməyəcəyimiz rəqib yoxdur. Belə olan halda qarşımıza maksimum xal toplamağımız lazımdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.