18 mart 2015 00:30
Dmitri Bulıkin: Azərbaycan klubundan təklif almışdım
Rusiya yığmasının sabiq hücumçusu Dmitri Bulıkin bəyan edib ki, ona Azərbaycandan təklif olub. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Həm Ərəb Əmirliklərindən, həm Qətərdən, həm də Azərbaycandan dəvət var idi. Amma mən belə qərara gəldim ki, karyeramı ya Rusiyada, ya da Avropa ölkələrindən birində davam etdirəcəyəm. Fikrimcə, karyeramı başa vura biləcəyim yaxşı bir klubla razılıq əldə edə biləcəyəm. Amma hələ heç bir klubla razılığa gələ bilməmişik".
