18 mart 2015 00:20
"Seçmə mərhələyə uğurla başlamaq çox vacibdir"
Futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Tino Peres Avropa çempionatının seçmə mərhələ oyunları öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən komandanın hazırlığından razıyam. Birinci oyun həmişə çətin olur. Belçika ilə oyunda qələbə qazanıb, seçmə mərhələyə uğurla başlamaq çox vacibdir. Əminəm ki, azarkeşlər də bizdən ancaq qələbə gözləyirlər. Bu, əlbəttə, oyunçular üzərində müəyyən təzyiq yaradacaq. Amma bunun öhdəsindən gəlməyə borcluyuq. Qələbəyə oynayacağıq".
