18 mart 2015 00:15
Bədavi Hüseynov: Qarabağ ilə yeni müqavilə imzalayan kimi...
"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov Ağdam klubu ilə yeni müqavilə bağlamaq istəyindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən hələ "Qarabağ"la yeni müqavilə imzalamamışam. Heç klub rəhbərliyi ilə bu barədə söhbətimiz də olmayıb. Müqavilə bağlayan kimi, sizə bu barədə məlumat verəcəyəm".
Qeyd edək ki, millimizin müdafiəçisinin klubla müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatacaq.
