17 mart 2015 17:30

Roman Qriqorçuk: Turnir cədvəlindəki yerimizi bəyənmirəm

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun azerisport.az saytına müsahibəsi

- Komanda Zaqataladakı kubok oyunundan sonra toparlana bilib?
- Son dövrlər gərgin qrafiklə oynasaq da, növbəti matça hazırlığı davam etdiririk. Komandanı növbəti görüşə tam hazır etmək üçün əlimizdən gələni edirik. Dododan başqa bütün futbolçular sıradadır. Ümid edirik ki, yaxşı futbol sərgiləyəcəyik.

- Braziliyalının yoxluğu komandaya nə dərəcədə təsir edəcək?
- Dodo komandamızda vacib fiqurlardandır. Təbii ki, onun yoxluğu mənfi məqamlardandır. Amma futbolda zədəli və cəzalılar da qaçılmazdır. Ona görə də istənilən futbolçunu əvəzləməyə hazır olmalıyıq.

- Rəqib ambisiyalı və güclüdür. "İnter"lə oyunda "Qəbələ" nəyə ümid edir?
- Sözlərinizi təsdiqləyirəm. "İnter" çox ciddi, yaxşı təşkilatlanmış komandadır. Məşqçi əli hiss olunur. Amma biz istənilən halda müsbət nəticəyə ümidliyik. Şanslar əllinin əlliyədir.

- Rəqibi nə dərəcədə tanıyırsınız?
- Onlar maraqlı taktika ilə çıxış edirlər. Adətən, üç mərkəz müdafiəçisi ilə oynayırlar. Buna da hazır olmaq lazımdır. Oyunun gedişində iki variantdan istifadə etdikləri diqqətimi çəkib.

- Turnir cədvəlinə baxanda nə düşünürsünüz?
- Sizə düzünü deyim ki, turnir cədvəlinə baxmıram. Çünki bunu bəyənmirəm. Ən çox da "Qəbələ"nin yerini. Başa düşürəm ki, mənim ora baxmağımla heç nəyi dəyişmək olmaz. Biz addım-addım irəliləyirik. Biz sadəcə, öz oyunumuzu yaxşılaşdırmalı və hər oyundan 3 xalla ayrılmalıyıq.

- Ukraynanın futzal üzrə yığma komandası AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bakıda oyunlar keçirəcək. Bu idman növü sizə nə dərəcədə maraqlıdır? Komandanızın oyunlarına baxmağa hazırlaşırsınız?
- Futzala baxmağı xoşlamıram. Çətin ki, məni orada görərsiniz. Onsuz da işlərim kifayət qədərdir. Belə mərasimlərə vaxt itirə bilmərəm. Amma belə öz ölkəmi sevirəm və Ukrayna yığmasına da turnirdə uğurlar arzulayıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.