17 mart 2015 17:00
"Qarabağ qızıl dubl istəyir? Çelsi də PSJ-yə qalib gəlmək istəyirdi"
"Simurq"un yarımmüdafiəçisi Marko Stanoyeviç Azərbaycan Kubokunun yarımfinalında qarşılaşacaqları "Qarabağ"la oyunlar öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açılqamasında o, bunları söyləyib:
"Qarabağ" çox güclü komandadır. Onların heyətində xeyli yaxşı oyunçu var. Mənə elə gəlir ki, çox maraqlı oyunlar olacaq. Qızıl dubl? Mümkündür ki, "Qarabağ" bunu istəyir. Amma "Çelsi" də PSJ-yə qalib gəlmək istəyirdi. Biz də kubokun finalında oynamağı çox istəyirik".
