17 mart 2015 15:00
Elbrus Məmmədov: AZAL-la oyunda yaxşı nəticə qazanmaq istəyirik
"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində AZAL-a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan Kubokunda mübarizəni dayandırdığımıza görə bütün gücümüzü çempionata qoyacağıq. Yaxşı futbol sərgiləmək və turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmaq istəyirik. Qarşıda AZAL-la asan olmayacaq oyun var. Bu görüşdə yaxşı nəticə qazanmaq istəyirik. Vyekoslav Tomiçlə Alfred Sankonun yüngül zədəsi var. Amma ümid edirəm ki, onlar oyuna qədər qaydasında olacaqlar. Bu oyundan sonra çempionatda fasilə yaranacaq. Futbolçulara 5 günlük istirahət verəcəyik. Bu müddət ərzində isə onlar fərdi qaydada məşq etməlidirlər".
