17 mart 2015 14:30

Kazım Birkan: Mirbağır İsayev olmasaydı, Stabekə keçidim alınmazdı

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığmasının aparıcı üzvlərindən biri - Kazım Birkan azerisport.az saytının suallarını cavablandırıb.

- Böyük ehtimalla siz U-17-yə Portuqaliya, Serbiya və Xorvatiya ilə elit mərhələ oyunlarında kömək edə bilməyəcəksiniz...
- Zədə səbəbindən oynaya bilməyəcəyəm. Buna görə çox məyusam. Mənə hətta gəzmək də çox çətindir. Vaxtımın çox hissəsini yataqda keçirirəm.

- Belə vacib oyunlar öncəsi komandanın liderlərindən birini itirməsi çox üzücüdür...
- Mən də çox təəssüflənirəm ki, yığmamıza, Mirbağır İsayevə kömək edə bilməyəcəyəm. Onunla çalışmaq mənə çox şey verir. Çünki o, yığma üçün bu qədər iş görür. Kömək edə bilməyəcəyim üçün çox üzgünəm.

- Sizi kim əvəz edə bilər?
- Bütün oyunçularımız yaxşıdır. Komandada zəif futbolçu yoxdur. İnanıram ki, məşqçilər korpusu komandanı elit mərhələnin oyunlarına yaxşı hazırlayacaq. Komandamızdan qələbə gözləyirəm. Buna 100 faiz inanıram.

- Rəqiblər barədə nə deyə bilərsiniz?
- Çox çətin qrupdur. Xorvatiya ilə Avstriyada oynamışdıq (1:1). Bakıdakı oyunlar da çox maraqlı olacaq. Ümid edirəm ki, sonda Azərbaycan yığması turnir cədvəlində birinci yerdə qərarlaşacaq. Biz rəqiblərimizi intizam baxımından üstələyirik.

- Norveç "Stabek"inə keçidiniz necə alındı?
- Bu klubun rəmsiləri mənim oyunlarını izləyibmiş və xoşlarına gəlmişəm. Əgər Mirbağır İsayev olmasaydı, mən ora keçə bilməzdim. O, həmişə bizə dəstək olur.

- Azərbaycandan təklif yox idi?
- Bundan xəbərim yoxdur. Bu işlərlə mənim menecerim məşğul olur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.