17 mart 2015 11:30

Fərrux İsmayılov: Bizim dövrümüzdə çempionata maraq daha böyük idi

Azərbaycan yığmasının sabiq hücumçusu Fərrux İsmayılovun azerisport.az saytına müsahibəsi

- Premeyr Liqanın cari mövsümü ilə bağlı nə deyə bilərsiniz?
- Çempionat öz axarı ilə gedir. Amma maliyyə çətinlikləri bəzi klublarımıza təsirini göstərib.

- Çempionata xüsusi maraq olmadığı fikri ilə razısınız?
- Dediyim kimi, maliyyə problemləri öz sözünü deyir.

- Bəs hansı komandaları xüsusi vurğulaya bilərsiniz?
- Bu mövsüm "Simurq"la AZAL mənim daha çox xoşuma gəlir. Onların oyununda müsbətə doğru dəyişikliklər var. Onları izləmək çox xoşdur.

- Çempionat indi siz oynadığınız dövrdən nə ilə fərqlənir?
- O zaman çempionata maraq indikindən daha çox idi. Çünki region komandaları daha güclü idi. İndi bunu görmürük.

- Bəs bunun üçün nə etmək lazımdır?
- Oturub düşünmək lazımdır. Yəqin ki, bundan çıxış yolları var. Sponsorlar komandalara daim kömək etməlidirlər, yarıyolda buraxmamalıdırlar.

- Keçmiş klublarınızın oyunlarını izləyirsiniz?
- Bəli, imkan daxilində izləməyə çalışıram.

- Yığmamızın Malta ilə seçmə mərhələ oyunundan nə gözləyirsiniz?
- Ancaq qələbə. Hətta heç-heçə də məni qane etməyəcək. Görək yeni baş məşqçi ilə millimiz necə təsir bağışlayacaq.

- Məgər onun işinə bir oyuna görə qiymət vermək olar?
- Baxır nəticənin və oyunun necə olmasına. Komandamızın ifasında hücum futbolu izləməyi çox istərdim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.