17 mart 2015 00:20
Toğrul Erat oynadı, Fortuna uduzdu
Almaniya ikinci Bundesliqasında 25-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna" da növbəti matçına çıxıb.
Düsseldorf klubu səfərdə "Leypsiq"lə qarşılaşıb. Matç futbolçumuzun komandasının 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Toğrul görüşün 46-cı dəqiqəsindən etibarən meydanda olub.
Qeyd edək ki, "Fortuna" hazırda 36 xalla 7-ci pillədə qərarlaşıb.
