17 mart 2015 00:05
Aqolli: Biz bu mövsüm qızıl dubl etməyə çalışırıq
"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli bəyan edib ki, bu mövsüm qızıl dubl etmək istəyindədirlər. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz qızıl dubl etməyə çalışırıq. Bizim üçün hər iki titul - həm ölkə çempionluğu, həm də kubok çox vacibdir. Kubokun finalında oynamaq çox xoşdur. Çünki bütün stadion tam dolu olur. Finala çıxmaq istəyirik. Amma bunun üçün öncə yarımfinalda "Simurq"a qalib gəlməliyik. Onlar bu mövsüm çox güclü çıxış edirlər".
