16 mart 2015 17:30

Zaur Axundov: Peres özü də başa düşür ki, bu, onun ilk ciddi sınağıdır

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun azerisport.az saytına müsahibəsi

- Azərbaycan yığmasının 2015-ci ildəki ən ciddi sınağına hazırlığı necə gedir?
- Bu gün hazırlıq prosesi başa çatacaq. Sabah komandanı yüngül məşq gözləyir. Vitali Borisovun yüngül zədəsi var. Amma həkimlərin köməyi sayəsində o, martın 18-dəki oyuna tam hazır olacaq. AFFA hər cür köməyini göstərir. Bir neçə toplanış keçirdik. Azərbaycan yığması seçmə mərhələyə tam hazırdır.

- Son üç Avropa Çempionatı Azərbaycan yığmasının iştirakı ilə keçirilib. Bu dəfə necə olacaq?
- Ardıcıl dördüncü dəfə AÇ-də iştirak etmək bizim planlarımız daxilindədir. Komanda qarşısında qrup birincisi olmaq vəzifəsi qoyulub. Belqrada vəsiqəni qrup lideri kimi qazanmaq istəyirik. Azarkeşləri də "Sərhədçi" İdman Kompleksinə dəvət edirəm. Komandaya dəstək lazımdır.

- Komandamızın Ukrayna, Belçika və Danimarkanı keçmək gücü var?
- Danimarka bu qrupa ilkin mərhələdən gəlib. Belçika və Ukrayna isə daha güclü rəqiblərdir. Asan olmayacaq. Amma evdə oynamağımız özünü göstərməlidir. Qeyd etdiyim kimi, biz qrup lideri kimi AÇ-yə vəsiqəni Bakıda həll etmək istəyirik. Daha sentyabrda keçiriləcək pley-off oyunlarına qalmaq fikrimiz yoxdur.

- Amma yəqin ki, ən pis variant kimi, qrup ikincisi olub pley-offda oynamaq da olar...
- Şübhəsiz. Çünki qrup birincisi olmağı qarşısına vəzifə qoyan tək biz deyilik. Məsələn, Ukraynanı götürək. Onların həmişə güclü yığması olub. Biz gəncləşdirmə siyasəti aparmışıq. Komandaya 6-7 gənc futbolçu cəlb olunub. Onların komandaya uyğunlaşması üçün zamana ehtiyac var. Bunun üçün biz hətta Azərbaycan yığmasının ikinci komandasını da yaratmışıq.

- Bəs ümumiyyətlə qrupdan çıxa bilməsək, necə olacaq?
- Bizim Tino Pereslə müqaviləmizin müddəti mayın sonunda başa çatacaq. O, ölkəmizə yeni gəlib. Dərhal nəticə gözləmək düzgün olmaz. Mayın sonunda onun işinə qiymət verəcəyik və AFFA ilə birgə qərarımızı verəcəyik.

- Yəqin ki, ona qiyməti seçmə mərhələdəki nəticəyə görə verəcəksiniz. Uğursuzluq halında onunla müqavilə imzalayacaqsınız?
- Biz belə fikirləri ağlımıza gətirmirik. Tino Peres təcrübəli mütəxəssisdir. O, özü də başa düşür ki, Azərbaycan yığmasının sükanı arxasındakı ilk ciddi sınağına çıxır. Bu üzdən o, bütün təcrübəsini işə salmalı və uğur qazanmağa çalışmalıdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.