16 mart 2015 16:30
"Malta ilə oyunda qapıçılarla bağlı problemimiz olmayacaq"
Azərbaycan yığmasının qapıçılarla iş üzrə məşqçisi Faiq Əzizov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Malta ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
"Robert Prosineçki ilə qapıçılarımız barədə tez-tez söhbətləşirəm. O, qapıçıları mütəmadi izləyir. Xüsusilə də Kamran Ağayevi. Demək olar ki, hazırda Azərbaycan yığmasında qapıçı mövqeyi ən ümidverici mövqelərdəndir. Bu baxımdan Malta ilə oyunda problemimiz olmayacaq. Əksinə, bizim geniş seçim imkanımız var. Səlahət Ağayev, Kamran Ağayev, Andrey Popoviç və Aqil Məmmədov klublarında sabit çıxış edir".
