Ze Migel: Dubayda Yaponiya, Qazaxıstan və Özbəkistanla qarşılaşacağıq
Çimərlik futbolu üzrə Azərbaycan yığmasının baş məşqçisi Ze Migelin azerisport.az saytına müsahibəsi
- Avropa Oyunlarında Portuqaliya, İsveçrə və Ukrayna ilə eyni qrupa düşməyimizi necə şərh edə bilərsiniz?
- Bu turnirdə zəif komanda yoxdur. Daha düşərli püşk gözləməyə də dəyməzdi. Oynamalı olacağıq və qarşıya qoyulan hədəfə çatmağa çalışacağıq.
- Azərbaycan yığması bu turnirdə nəyə ümid edə bilər?
- Hədəfə doğru addım-addım irəliləməliyik. Başa düşürük ki, çox çətin olacaq. Qrupdan çıxmaq lazımdır.
- Daha çox hansı komandadan çəkinirsiniz?
- Hər üç komandanın özünəməxsus xarakteristikası var. Portuqaliya böyük komandadır. İsveçrəlilər çox təcrübəlidirlər. Ukrayna da fiziki və taktiki cəhətdən güclü komandadır. Heç bir oyunda işimiz asan olmayacaq.
- Federasiya rəhbərliyi ilk üçlüyə düşməyin əsas hədəf olduğunu iddia edir. Bununla razısınız?
- İlk növbədə bizə yaxşı oyun sərgiləmək, ölkəni layiqincə təmsil etmək lazımdır. Amma rəhbərlik ilk üçlüyə düşməyimizi deyirsə, deməli, komandanın gücünə bələddirlər.
- Komandamızın Dubay toplanışı üçün planları necədir?
- Avropa Oyunlarının başlamasına hələ xeyli vaxt var. Biz qalan hər gündən maksimum yararlanmalıyıq. Dubay toplanışı zamanı dörd yoxlama oyunu keçirməyi planlaşdırmışıq. Yaponiya, Qazaxıstan, Özbəkistan yığmaları ilə qarşılaşacağıq. Yerli "Əl-Əhli" klubu ilə də matç keçirməyi düşünürük.
- Heyətə yeni oyunçular cəlb edəcəksiniz?
- Hazırda sərəncamımda 20 oyunçu var. Hələ ki, bu heyətlə kifayətlənməyi düşünürəm. Avropa oyunlarında da məhz bu oyunçulara güvənməyi düşünürəm.
- Bu turnirdə Azərbaycan yığması uğursuz çıxış etsə, ölkəmizdəki fəaliyyətiniz kögə altına düşə bilərmi?
- Şübhəsiz. Əsas hədəflərimizdən biri layiqli çıxış etmək olacaq.
