16 mart 2015 14:45
"Hədəf ilk üçlüyə düşmək olacaq"
Azərbaycan çimərlik futbolu federasiyasının prezidenti Fərid Novruzi yığma komandamızın Avropa Oyunlarındakı hədəflərindən danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Hədəf ilk üçlüyə düşmək olacaq. Biz evdə oynayacağıq, ona görə də layiqli çıxış etməliyik. Əsas rəqiblərimizdən yalnız beynəlxalq turnirlərdə iştirak təcrübəsinə görə geri qalırıq. Amma ümid edirəm ki, doğma meydanda oynayacağımıza görə, uğurlu çıxış edəcəyik".
