16 mart 2015 14:30
Fərid Novruzi: Azərbaycan yığması qısa müddət ərzində çox inkişaf edib
Azərbaycan çimərlik futbolu federasiyasının prezidenti Fərid Novruzi bu idman növünün ölkəmizdəki inkişaf tempindən razı olduğunu dilə gətirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Biz şadıq ki, çimərlik futbolu Avropa Oyunlarında təmsil olunacaq. Ümid edirəm ki, bu idman növü daim olimpiadaların proqramında yer alacq. Azərbaycan yığması qısa müddət ərzində çox inkişaf edib. Əbəs yerə dünyanın 98 komandası arasında 18-ci, Avropada 13-cü yerə yüksəlməmişik".
