16 mart 2015 12:15
Prosineçki yığmamıza uğur arzuladı
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki çimərlik futbolu üzrə millimizin Avropa Oyunları çərçivəsindəki rəqiblərini dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Azərbaycan yığması yaxşı qrupda yer alıb. Komandamız Avropa Oyunlarında uğurla çıxış edə bilər. Onlara uğurlar arzulayıram".
Qeyd edək ki, Azərbaycan A qrupunda Portuqaliya, İsveçrə və Ukrayna ilə qarşılaşacaq.
