16 mart 2015 12:00
Ze Migel: Avropanın ən güclü yeddi komandası Bakıda təmsil olunacaq
Azərbaycanın çimərlik futbolu üzrə yığma komandasının baş məşqçisi Ze Migel Avropa Oyunlarında qarşılaşacaqları rəqiblərlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Avropanın ən yaxşı yeddi komandası Bakıda təmsil olunacaq. Hədəfimiz yaxşı oyun sərgiləmək və ölkəni layiqli şəkildə təmsil etməkdir. Qrupumuzda güclü komandalar var. Hazırlaşacağıq. Sabah Dubaya təlim-məşq toplanışına yollanacağıq. Avropa oyunlarına hazırlığa da orada start verəcəyik. Federasiya rəhbərliyi sağ olsun ki, bizə hər cür şərait yaradırlar".
