16 mart 2015 00:25
Nazarov izlədi, komandası qalib gəldi qazandı
Almaniya 2-ci Bundesliqasında 25-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” də növbəti oyununa çıxıb.
Sözügedən komanda səfərdə "İnqolştadt"la üz-üzə gəlib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin üzvü matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, “Karlsrue” 43 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
