15 mart 2015 18:30
Kamran Ağayev oynadı, komandası qalib gəldi
Türkiyə PTT 1-ci liqasında 24-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Ağayevin komandası - "Kayserispor" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Altınordu" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Kamran sonadək mübarizə aparıb.
Qeyd edək ki, Ağayevin komandası hazırda 50 xalla birinci yerdə gedir.
