15 mart 2015 16:00

Vüqar Əsgərov: Təəssüf ki, Əsgər Abdullayevlə dil tapa bilmədik

Azərbaycan yığmasının, "Sumqayıt" və "Araz Naxçıvan"ın sabiq hücumçusu Vüqar Əsgərovun azerisport.az saytına müsahibəsi

- Karyeranızı erkən başa vurmağınıza nə səbəb oldu?
- Mən bu barədə çox düşündüm və sonda butslarımı mismardan asmağa qərar verdim. Karyeramı 29 yaşımda başa vurmaq istəməzdim. Nə özümü, nə sizi aldatmaq fikrim var. Səbəb o oldu ki, vətənə qayıtmaq üçün heç bir variant qalmamışdı. Türkiyə PTT 1-ci liqasında oynamaq variantı olsa da, özüm istəmədim.

- Yəqin ki, Azərbaycan yığmasında oynamağa başlayanda, hər şeyin belə nəticələnəcəyi ağlınıza da gəlməzdi...
- Millidə çıxış etdiyim karyeramın ən yaxşı hissəsidir, unudulmazdır. Bir müddət öncə sosial şəbəkələrdən birində bir nəfər yazmışdı ki, "bədbəxt, futbolsuz qaldı". Amma mən yığmada çıxış etdiyimə görə təəssüflənmirəm. "Sumqayıt"da, "Araz Naxçıvan"da çıxış etdim. Təəssüf ki, Əsgər Abdullayevlə dil tapa bilmədik. Onu heç cür başa düşə bilmədim. Çalışdığım məşqçilər arasında Vaqif Sadıqova böyük hörmətim yarandı. Onun AZAL-ı tərk etməsinə təəssüflənmişdim.

- Yəni, karyeranızın erkən başa çatmasında səbəbkarlardan biri də Əsgər Abdullayevdir?
- Naxçıvan şəhəri çox xoşuma gəlirdi. Hər şey yaxşı idi, komanda yoldaşlarımla da. Elə məşqçilərlə də. Baş məşqçi mənim zədəli gəldiyimi bilirdi. Zədədən sonra dəstək görəcəyimi düşünürdüm. Amma bu, baş vermədi. Halbuki, mən Latviyada olanda o, özü mənə zəng edib çağırmışdı. Sonu isə elə alındı.

- Abdullayevin sizi dəstəkləməməsinin səbəbi nə idi ki?
- Mən ondan küsü saxlamıram. Hər şeyə normal yanaşıram. Əgər sabah hardasa üz-üzə gəlsək, birinci özüm yaxınlaşıb salamlaşaram.

- AZAL-a keçidinizə nə mane oldu?
- Vaqif Sadıqov məni AZAL-da görməyi çox istəyirdi. Onunla danışmışdıq, müqavilənin şərtlərini də razılaşdırmışdıq. Paytaxt klubu hətta mənə görə "Sumqayıt"a pul da ödəməli idi. Amma bu komandadakı ilk məşqimdəcə zədə aldım. Latviyada olarkən Vaqif müəllim zəng edib dedi ki, sənin qayıtmağını gözləyirəm. Mən də mümkün qədər tez sağalmaq istəyirdim. Martda AZAL-a qayıtmalı olsam da, artıq həmin vaxt komandaya başqa baş məşqçi rəhbərlik edirdi. Hələ də Vaqif Sadıqov kimi mütəxəssisin rəhbərliyi altında oynamadığıma görə çox təəssüflənirəm. Ona AFFA-dakı yeni vəzifəsində uğurlar arzulayıram.

- Latviyadan da sizə heç bir təklif olmadı?
- Var idi. "Dauqava" ilə danışıqlar aparırdım. Baş məşqçi məni istəyirdi. Öncə bir illik oynamaq haqda düşünürdüm. Amma sonra fikrimi dəyişdim. "Liepaya"dan da təklif olduğu halda, imtina etdim.

- Bəs bundan sonra nə edəcəksiniz?
- Hələ bilmirəm. Şadam ki, Vurğun Hüseynov kimi yaxşı bir insanla tanış oldum. Yığmadan Rahid Əmirquliyevlə də yaxşı münasibətim var. "Sumqayıt"dan Aleksandr Çertoqanovla söhbətləşirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.