15 mart 2015 19:00
Vaqif Cavadovun komandası Rail Məlikovun klubuna uduzdu
Türkiyə PTT 1-ci liqasında 24-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun komandası - "Boluspor" öz meydanında digər azərbaycanlı futbolçu Rail Məlikovun klubu "Dənizlispor"u qəbul edib.
Matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavadov meydana 80-ci dəqiqədə çıxıb. Məlikovun adı isə matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, hazırda Cavadovun komandası 31 xalla 10-cu, Məlikovun klubu isə 21 xalla 17-ci pillədə qərarlaşıb.
