Danilo Dias: Ailəm də mənim kimi Azərbaycanda qalmaqda maraqlıdır
"Qarabağ"ın yarımmüdafiəçisi Danilo Diasın azerisport.az saytına müsahibəsi
- "Bakı" ilə kubok oyununda yenə qalib gəldiniz. Təəssüratlarınız?
- Komandamız ilk hissədə aşkar zəif təsir bağışladı. Amma ikinci hissədə özümüzə gəldik. Əsas odur ki, qələbə qazandıq və mərhələ adladıq.
- Bu oyuna zəif başlamağınıza ilk görüşdəki qələbə səbəb oldu?
- Düşünmürəm. Qurban Qurbanov əvvəlki oyunların nəticəsindən asılı olmayaraq, hər görüşdə bizdən qələbə tələb edir. Həm də "Bakı"nın oyununu da qeyd etmək lazımdır. Rəqib çox yaxşı təsir bağışladı.
- "Qarabağ"dakı oyununuzdan razısınız?
- Artıq üçüncü dəfədir ikinci hissədə meydana çıxıram. Buna sevinirəm. Bu, zədədən sonra daha tez forma toplamağıma kömək edir. Ümid edirəm ki, məni növbəti oyunlarda daha yaxşı formada görəcəksiniz.
- Yarımfinalda sizi daha ciddi rəqib - "Simurq" gözləyir...
- Bəli, bu, artıq "Bakı" deyil. Digər tərəfdən bu mərhələdə asan rəqib gözləməyə də dəyməz. Əgər Azərbaycan Kubokunun yarımfinalında oynamaq istəyiriksə, daha ciddi qarşıdurmaya hazır olmalıyıq.
- Mətbuatda yayılan xəbərlərə görə, siz "Qarabağ"ı mövsümün sonunda tərk edəcəksiniz. Bu, doğrudur?
- "Qarabağ"da xoşbəxtəm. Müqaviləmin müddəti 2016-cı ilin yayında başa çatacaq. Yayda hər şey ola bilər. Amma həm mən, həm də ailəm Azərbaycanda qalmaq istəyir.
- Mövsümün böyük hissəsini buraxmalı oldunuz. Hələ də optimal forma toplaya bilməmisiniz. Komandaya lazım olan səviyyədə kömək edə biləcəyinizə inanırsınız?
- Bəli. Fikrimcə, hələ "Qarabağ"a fayda verməyi bacaracağam.
- Qarşıda "Sumqayıt"la çempionat oyunu var...
- Çempionatda fasilə yaranacaq. Bu fasiləyə qələbə ilə çıxmaq istəyirik. Oyun asan olmayacaq. Amma biz onlara qalib gələcək gücdəyik.
