15 mart 2015 00:20
Ruslan Qurbanov izlədi, Hayduk liderlə sülh bağladı
Xorvatiya çempionatında 25-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ruslan Qurbanovun komandası - "Hayduk" da növbəti matçına çıxıb.
Split təmsilçisi doğma meydanda lider "Dinamo" ilə qarşılaşıb. Zaqreb təmsilçisi ilə görüşün son dəqiqələrində qol buraxan "Hayduk" heç-heçə ilə kifayətlənməli olub - 1:1. Ruslan bu görüşün iştirakçısı olmayıb.
Qeyd edək ki, "Hayduk" hazırda 37 xalla 4-cü pillədə qərarlaşıb.
