15 mart 2015 00:00
Emil Balayevsiz Ayntraxtdan 4 cavabsız qol
Almaniya Bundesliqasında 25-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
Frankfurt təmsilçisi doğma meydanda "Paderborn"la qarşılaşıb. Matç 4:0 hesabıyla qapıçımızın komandasının xeyrinə başa çatıb. Emilin adı bu dəfə də matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, Balayevin komandası hazırda 34 xalla 8-ci pillədə qərarlaşıb.
