14 mart 2015 15:20
Danilo Dias: Simurq Bakı deyil
"Qarabağ"ın yarımmüdafiəçisi Danilo Dias Azərbaycan Kubokunun yarımfinal mərhələsində qarşılaşacaqları "Simurq"la oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Simurq" 1/4 finalda qarşılaşdığımız "Bakı" deyil. Digər tərəfdən yarımfinal mərhələsində asan rəqib gözləməyə də dəyməzdi. Əgər Azərbaycan Kubokunun finalında oynamaq istəyiriksə, biz bu ciddi qarşıdurmadan qalib ayrılmalıyıq".
