14 mart 2015 11:45

Vüqar Nadirov: Bakıya daha çox qol vurmaq istəyirdim

"Qarabağ"ın hücumçusu Vüqar Nadirovun azerisport.az saytına müsahibəsi

- "Bakı"ya cavab oyununda da qalib gəldiniz...
- "Bakı"nın vurduğu erkən qol bizim üçün əlavə motivasiya oldu. Nəticədə vaxtında toparlandıq və inamlı qələbə qazandıq. Bizə bu oyunda qələbə çox lazım idi. Amma rəqibin də haqqını vermək lazımdır. İlk oyunda məğlub olmaqlarına baxmayaraq, onlar cavab görüşündə müsbət nəticə qazanacaqlarına ümid edirdilər.

- Siz bu oyunda het-trikə imza atdınız. Bu, karyeranızda neçənci het-trikdir?
- Düzünü desəm, dəqiq xatırlamıram. İkinci, ya da üçüncü olmalıdır. Axı bir oyunda üç qolu tez-tez vurmaq olmur.

- Üçüncü qoldan sonra da fərqlənmək istədiyiniz hiss olunurdu...
- Bəli, etiraf edim ki, daha çox qol vurmaq istəyirdim.

- Bu het-trikdən sonra sizin yığmamızın Malta ilə seçmə mərhələ oyununda əsas heyətdə yer alacağınızı demək olar?
- Əsas heyətdə və ya sonradan meydana çıxmağım o qədər də vacib deyil. Əsas komandamızın uğurlu çıxış etməsi, nəticə qazanmasıdır.

- Yarımfinalda "Simurq"la qarşılaşacaqsınız. Ümumiyyətlə, "Qarabağ"ın kubokdakı hədəfi nədən ibarətdir?
- Hazırda yalnız "Sumqayıt"la çempionat oyununu düşünürük. Kubok oyunları apreldə olacaq. Ona görə düşünmək üçün hələ xeyli zaman var.

- Mövsümün sonunda klubla müqavilənizin müddəti bitəcək. Rəhbərliklə bu barədə söhbətiniz olmayıb?
- Xeyr. Amma danışmaq üçün vaxtımız var. Düşünmürəm ki, buna görə hansısa problem yaransın.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.