14 mart 2015 00:25
Namiq Ələsgərov: Bakının belə vəziyyətdə olması təəssüf doğurur
"Qarabağ"ın hücumçusu Namiq Ələsgərov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Bakı"ya qarşı keçirdikləri cavab oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Keçmiş komandana oynamaq təbii ki, fərqli hisslər bəxş edir. Necə də olmasa, qeyri-adidir. Çox təəssüf ki, "Bakı" hazırda bu vəziyyətdədir. Növbəti mərhələyə çıxdığımıza görə şadam. Yarımfinalda işimiz çətin olacaq".
Qeyd edək ki, Ağdam klubu növbəti mərhələdə "Simurq"la mübarizə aparacaq.
