14 mart 2015 00:05

Mirbağır İsayev: Novruz bayramında xalqımıza sevinc bəxş etmək istəyirik

Avropa çempionatının elit mərhələsində mübarizə aparacaq 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının ötən gün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda açıq məşqi olub. Azerisport.az xəbər verir ki, məşqdən əvvəl yığmamızın baş məşqçisi Mirbağır İsayev mətbuat nümayəndələrinə açıqlama verib:

“İlk növbədə komandaya diqqət ayırdığınız üçün sizə təşəkkür edirəm. Martın 2-dən təlim-məşq toplanışındayıq. Gündə iki dəfə məşq edirik. Hazırlıq plana uyğun davam edir. Toplanış ərzində iki yoxlama görüşündə qüvvəmizi sınamışıq. Heyətimizdə zədəli futbolçular var. Kazım Birkan, Ziya Əzizov zədəlidirlər. Deməzdim ki, bunlar komanda üçün ciddi itkidir. Ancaq oynasaydılar, böyük köməkləri olardı.

Əsas məqsədimiz ilk oyunadək futbolçuların hazırlığını pik həddə çatdırmaqdır. Yaxşı hazırlıq keçmək üçün AFFA tərəfindən hər cür şərait yaradılıb. Dünən baş katib Elxan Məmmədov da komanda ilə görüşərik hazırlığın gedişi ilə maraqlandı. Bu özü də futbolçular üçün bir stimuldur.

Rəqiblərin oyunlarına baxıb analiz etmişik. Hər biri haqda məlumatımız var. Qrupumuzda yer alan bütün rəqiblərlə mübarizə aparmaq olar. Azərbaycanı layiqincə təmsil etmək borcumuzdur. Oyunların Bakıda keçirilməsinin mənfi və müsbət tərəfləri var. 16-17 yaşlı futbolçuları psixoloji cəhətdən yaxşı hazırlamaq lazımdır ki, meydanda əsl mübarizəyə hazır olsunlar. Bütün oyunlar bizim üçün əhəmiyyətlidir. İlk qarşılaşmada qələbə qazansaq, futbolçuların özlərinə inamı daha da yüksələcək. Novruz Bayramında xalqımıza sevinc bəxş etmək istəyirik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.